RU

İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfrans iştirakçıları Şuşa həbsxanasında olublar

BAKI, TurkicWorld

İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində “İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi” mövzusunda beynəlxalq konfransın iştirakçıları vaxtı ilə azərbaycanlı əsir-girovların saxlandıqları və dəhşətli işgəncələrə məruz qaldıqları Şuşa həbsxanası ilə tanış olublar.

TurkicWorld-un Qarabağ bürosu xəbər verir ki, qonaqlara Şuşa həbsxanası, burada aşkar edilən kütləvi məzarlıq barədə məlumat verilib.

Bildirilib ki, Şuşa həbsxanası 1848-ci ildə çar Rusiyası dövründə tikilib və burada ağır cinayətlər törətmiş insanlar saxlanılıblar. Şuşa şəhəri 1992-ci mayın 8-də Ermənistan silahlı birləşmələri tərəfindən işğal edildikdən sonra burada azərbaycanlı əsir və girovlar çox ağır şəraitdə saxlanılıb. Dövlət Komissiyasında olan məlumata görə, 400 nəfərə yaxın əsir və girov götürülmüş şəxslər burada saxlanılıb. Onlardan 216 nəfəri komissiyanın səyləri nəticəsində azad olunub. Həmin insanların böyük əksəriyyəti sonralar çəkdikləri əzab-əziyyət və mənəvi-psixoloji işgəncələr nəticəsində həyatlarını itiriblər. Şuşa həbsxanasında saxlanılan əsir və girovlara çox dəhşətli şəkildə işgəncələr verilib. Burada ölən, öldürülən əsir və girovlar ərazidə qeyri insani şəraitdə dəfn ediliblər. 2023-cü ildə bu ərazidə insan qalıqları aşkar edilib, üç mərhələdə qazıntı işləri aparılıb. Arxeoloqlar, antropoloqlar, eyni zamanda məhkəmə tibbi ekspertləri əraziyə cəlb ediliblər. Ərazidə 31 nəfər insan qalığı aşkarlanıb. Həmin insanlar qeyri-ənənəvi, işgəncə verilmiş halda və müxtəlif formalarda basdırılıblar. Hazırda həmin meyit qalıqlarının eyniləşdirilməsi prosesi həyata keçirilir.

Qeyd edək ki, oktyabrın 9-da Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı ilə İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində “İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi” mövzusunda beynəlxalq konfrans keçirilib.

19:45

İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində “İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi” mövzusunda beynəlxalq konfransın iştirakçıları Azərbaycanın tarixi və mədəniyyətinin simvolu olan Şuşa şəhərinə səfər ediblər.

TurkicWorld-un Qarabağ bürosu xəbər verir ki, qonaqlar Şuşa şəhərinin mərkəzi meydanı və qala divarları ilə tanış olublar.

Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov onlara Şuşa şəhərinin tarixi, işğal dövründəki vəziyyəti, şəhərdə Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın nəzarəti ilə aparılan quruculuq işləri, tarixi abidələrin bərpası və nəzərdə tutulan planlar barədə məlumat verilib. Bildirilib ki, 30 ilə yaxın işğal dövründə Şuşa şəhərindəki tarixi binalar, məscidlər, abidələr erməni vandalizminə məruz qalıb. Şuşa işğaldan azad edildikdən sonra burada genişmiqyaslı bərpa-quruculuq işlərinə start verilib. İnfrastrukturun qurulması ilə yanaşı, Şuşada şəhərin əsl tarixi simasının, tarix və mədəniyyət abidələrinin bərpasına başlanılıb.

18:13

Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı ilə İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində “İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi” mövzusunda beynəlxalq konfransın iştirakçılarının azad edilmiş ərazilərə səfəri başlayıb.

TurkicWorld-un Qarabağ bürosu xəbər verir ki, 9-11 oktyabr tarixlərini əhatə edən konfrans çərçivəsində bu gün qonaqların Ağdərə rayonunun Ballıqaya kəndində olacaqlar.

Daha sonra onlar Şuşa şəhərinə səfər edəcəklər.

Sabah isə tədbir iştirakçıları Cəbrayıl və Zəngilanda olacaqlar.

Избранный
35
10
turkic.world

10Источники