RU

Türkmənistanın Müstəqillik Günü münasibətilə Bakıda rəsmi qəbul təşkil edilib - FOTO

Oktyabrın 10-da Bakıda Türkmənistanın müstəqilliyinin 34-cü ildönümü və daimi bitərəfliyinin 30 illiyi münasibətilə rəsmi qəbul təşkil olunub.

Aznews.az xəbər verir ki, Türkmənistanın ölkəmizdəki səfirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə dövlət və hökumət nümayəndələri, ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri iştirak ediblər.

Əvvəlcə Azərbaycanın və Türkmənistanın Dövlət himnləri səsləndirilib.

Tədbiri giriş sözü ilə açan Türkmənistanın ölkəmizdəki səfiri Qurbanməmmet Elyasov iki ölkə rəhbərlərinin səyləri nəticəsində ölkələrimiz arasında mehriban dostluq və qonşuluq münasibətlərinin daha da inkişaf etdiyini, ikitərəfli strateji tərəfdaşlığın daha da dərinləşdiyini diqqətə çatdırıb.

Ölkələr arasında strateji tərəfdaşlıq münasibətlərdən danışan diplomat bu münasibətlərin daha da dərinləşməsində İlham Əliyevin Türkmənistana və Sərdar Berdiməhəmmədovun isə Azərbaycana cari ildə baş tutan uğurlu səfərlərinin böyük xidmətləri olduğunu vurğulayıb.

"Dövlətlərarası ticarət dövriyyəsi iki dəfə artıb, geosiyası stabitsizlik şəraitində bizim nəqliyyat və logistika Şərq və Qərb arasında əlaqə zəncirinə çevrilməkdədir",- diplomat bildirib.

Müstəqilliyini qazandıqdan sonra ölkəsinin inkişaf tarixindən söz açan səfir Mərkəzi Asiya və Avropanın kəsişməsində yerləşən Türkmənistanın bütün sahələrdə uğurları ilə regionda və dünyada nüfuzunu artırdığını bildirib.

Ölkələr arasındakı dostluq münasibətlərini və strateji tərəfdaşlıq əlaqələrinə diqqət çəkən Elyasov deyib: “Azərbaycan və Türkmənistan regionda əsas nəqliyyat qovşaqlarındandır. Ölkələrimiz təkcə siyasi və beynəlxalq müstəvidə deyil, bütün sahələrdə faydalı əməkdaşlıq edirlər".

Избранный
21
2
aznews.az

3Источники