RU

Voleybol üzrə Yüksək Liqaların start tarixi dəqiqləşib

Qadın və kişi voleybolçular arasında Yüksək Liqanın yeni mövsümünün start tarixi dəqiqləşib.

Azərbaycan Voleybol Federasiyasından (AVF) 90deqiqe.Az-a verilən məlumata görə, qadınların yarışına oktyabrın 14-də “Gəncə” – “Azərreyl” oyunu ilə start veriləcək. Qarşılaşma Gəncə İdman Sarayında təşkil olunacaq. Turun digər oyunları isə oktyabrın 15-də baş tutacaq. Həmin gün AVF-nin İdman zalında “DH Volley” – “Abşeron”, UNEC-in İdman zalında isə UNEC – “Milli Aviasiya Akademiyası” komandaları üz-üzə gələcək.

Birinci turun “Gənclər” – “Murov Az Terminal” oyununun keçiriləcəyi yer və vaxt barədə əlavə məlumat veriləcək.

Kişilərin Yüksək Liqasında I tur oktyabrın 16-da başlanacaq. FHN-in İdman zalında “Neftçi” – “Ordu”, “Murov Az Terminal” klubunun İdman zalında isə “Murov Az Terminal” – “Azərreyl” komandaları qarşılaşacaq. Turun “Gənclər” – “Xilasedici” oyununun keçiriləcəyi yer və vaxt barədə daha sonra məlumat veriləcək.

Qeyd edək ki, qadınların yarışında 9 komanda - “Azərreyl”, “Abşeron”, “Murov Az Terminal”, “Gəncə”, “Milli Aviasiya Akademiyası”, UNEC, “DH Volley”, “Turan” və “Gənclər” mübarizə aparacaq.

Kişilərin Yüksək Liqasında isə 6 komanda çıxış edəcək - “Azərreyl”, “Murov Az Terminal”, “Xilasedici”, “Neftçi”, “Ordu” və “Gənclər”.

Reqlamentə əsasən, qadınların yarışında hər tur bir komanda istirahət edəcək. İlk turda “Turan” klubu oynamayacaq.

Избранный
11
3
90deqiqe.az

4Источники