Alimlər qazların uçuş zamanı niyə tərs çevrildiyini izah ediblər.
QHT.az xəbər verir ki, su hövzələri yaxınlığında yaşayanlar bəzən uçuş zamanı tərs çevrilən qazları müşahidə edirlər. Bu qəribə davranışın təbiətdə izahı var.
BBC-nin məlumatına görə, fotoqraf Vinsent Kornelissen arxaya uçan qazın fotosunu çəkdikdən sonra bu mövzu böyük maraq doğurub. Bəziləri fotonu saxta saysa da, oxşar halların videolarda da qeydə alındığı bildirilib.
“Əyləncəli Planet”in izahına əsasən, qazlar yerə enmədən əvvəl bədənlərini fırladaraq qanadlarının aerodinamikasını dəyişirlər. Bu, onlara daha tez enməyə, hündürlüyü itirməyə və təhlükədən qaçmağa kömək edir.
R.İmanov