RU

Azərbaycanda iş qrafikinin dəyişəcəyi gözlənilirVİDEO

2026-cı ildə Azərbaycanda fərqli sektorlarda, eyni zamanda, dövlət və özəl müəssisələr üçün dəyişkən iş qrafikinin tətbiqi gözlənilir.

Xezerxeber.az-ın məlumatına görə, bu barədə danışan millət vəkili Vüqar Bayramov bildirib ki, dəyişkən iş qrafikinin tətbiqi əksər inkişaf etmiş ölkəlkərdə var.

Onun sözlərinə görə, özəl sektor üçün bu tövsiyə olunan qrafik olacaq. Ancaq dövlət sektoru üçün, digər inkişaf etmiş ölkələrdəki kimi, fərqli iş vaxtlarının müəyyənləşdirilməsi praktiki olaraq qanun və qaydalarla təsdiq ediləcək.

Millət vəkili hesab edir ki, bunun iqtisadi aktivliyə neqativ təsir göstərməməsi nəzərə alınacaq. Bu zaman dövlət qurumlarının xidmətlərinə olan tələbin zaman kəsiyi xüsusilə diqqətdə saxlanılmaqla iş qarafiki həyata keçiriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.  

Избранный
31
xezerxeber.az

1Источники