RU

Uşaqlar günorta yatmalıdır?

Balacaların yuxularının normal olması valideynləri narahat edən əsas məsələlərdəndir.

Balacaların yuxularının normal olması onların sağlam və tez böyüməsinə yardım edir. 

Pediatr Mətanət Əliyevə Hit.az-a deyib ki, sağlam körpələrdə və uşaqlarda yuxu rejimini təmin etmək ailənin əlindədir. Ailə uşağı  sistemli bir həyat tərzi ilə təmin edərsə,  şüurlu yuxu vərdişləri qazandırarsa, ən nadinc və söz dinləməyən uşaq belə bir müddət müqavimət göstərib, sonra bu rejimə öyrəşəcək;

"Əgər uşaq hər şeyə baxmayaraq yatmırsa və şiddətli şəkildə ağlayırsa, bu vəziyyət bir xəstəliyin əlaməti ola bilər. Belə halda uşağın sağlamlıq problemi olub olmadığından əmin olmaq üçün həkimə müraciət etmək məsləhət görülür. Yuxu rejimi gündüz vaxtı 2-3 saat müəyyən edilir. Uşaqlar 3 yaşdan sonra çox aktiv olurlar. O, aktivlik uşağı psixoloji olaraq yorur. Xüsusən də, hiperaktiv uşaqlar həddindən artıq çox hərəkətdə olurlar və beyin yüklənir. Günorta yuxusu zamanı beyin günortaya qədər aldığı informasiyanı analiz edir, dincəlir. Uşaqların düzgün yuxu rejimi üçün qidalanmaya, təmizliyə və təmiz hava qəbuluna da fikir verilməlidir".

Sevinc

Избранный
6
hit.az

1Источники