RU

Gənc sevgilisinin evində dava saldı, tanışına ağır xəsarət yetirdi

Bakıda 2000-ci il təvəllüdlü Yevlax rayon sakini Əmrah şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı Vahidə (adlar şərtidir – red.) xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə 2023-cü ilin martın 22-də baş verib. 25 yaşlı Əmrah həmin gün gecə saat 1 radələrində İlahənin yaşadığı ünvanda olarkən tanışı Vahidlə mübahisə edib. 

Aralarında yaranmış sözlü mübahisə zamanı Vahidin onu nalayiq ifadələrlə təhqir etməsi səbəbindən qisas almaq niyyəti ilə qəsdən yumruqla onun sifət nahiyəsindən zərbə vurub. Ona müxtəlif dərəcəli ağır xəsarətlər yetirib. 

Hadisəni törədən Əmrahın barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

İş üzrə ifadə verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, hadisə baş verməzdən 1 ay əvvəl İlahə adlı qadınla tanış olub: “İlahə ilə təxminən 1 ay sevgili olmuşam. 2023-cü ilin martın 21-də zəng edərək görüşmək istədiyini bildirdi. Mən də İlahə ilə razılaşdım. İlahə mənə Zamiq adlı şəxsin evinə gəlməyimi bildirdi. Mən həmin ünvana getdim. İlahə aşağı düşərək məni qarşıladı və  birlikdə həmin evə qalxdıq. Evdə bizdən başqa digər şəxslər də olub. Bir müddət sonra qadınlar getdi. Evdə mən, İlahə, Vahid və başqa 3 nəfər qaldıq”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra İlahəyə getmək istədiyini deyib: “İlahə bir az da oturmağımızı bildirdi. Daha sonra Vahid qardaşımın narkotik vasitə təşkil edə biləcəyini dedi, mənə narkotik vasitə gətirməli olduğumu bildirdi. Əks halda mənim üçün yaxşı olmayacağını dedi. Mən də evi tərk etmək istədim. Vahid qapının qarşısında dayanaraq getməyə imkan vermədi. Mən isə səbr edə bilmədim və Vahidin sifətindən yumruq zərbəsi vurdum. Sonra da qaçaraq həmin mənzildən uzaqlaşdım. İlahə ilə birlikdə narkotik vasitədən istifadə etməmişəm. Onu qardaşım vasitəsilə tanımışam. Otaqda olan digər şəxslər 35-40 yaşlarında kişi cinsindən olan şəxslər olub. Həmin şəxslərdən biri sakitcə mənə “səni zibilə salacaqlar, buradan qaç get” desə də, onun sözlərini başa düşmədim, nə demək istədiyimi soruşdum. Vahid qapının qarşısında, digər şəxslər isə sağımda və solumda dayanıblar”.

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Əmrah 3 il müddətinə azadlıqdan məhrum edilib. 

Fariz Məlikli
Demokrat.az
Избранный
12
1
demokrat.az

2Источники