RU

FHN ə işə düəzltmək adı 4 nəfəri aldadan şəxsə hökm oxundu

Qaynarinfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Fövqəladə Hallar Nazirliyi (FHN) və digər dövlət qurumlarına işə düzəltmək adı ilə vətəndaşlara qarşı dələduzluq etməkdə təqsirləndirilən şəxsə hökm oxunub. 

Qaynarinfo xəbər verir ki, Sabunçu Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə mühakimə edilən Ramil adlı təqsirləndirilən şəxs 3 il 2 ay 6 gün müddətinə azadlıqdan məhrum edilib. 

Bu cinyaət işi üzrə 6 nəfər zərərçəkmiş qismində tanınıb. Onlara dəymiş ziyanın ümumi məbləği 65 000 manatdır. 

Təqsirləndirilən şəxslər zərərçəkmişlərdən dördünü FHN-ə işə düzəldəcəyi ilə aldadıb. Zərərçəkmişlərdən biri güc struklarında, digəri isə restoranda ofisiant işləmək üçün Ramilə pul verib. 

Seyid 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
24
5
qaynarinfo.az

6Источники