RU

Xəstəxanada işə düzəltmək adı ilə şəhidə görə verilən pulu alıb...

ain.az, Bizimyol portalına istinadən məlumat yayır.

Mingəçevir sakini Müşfiq Əliyev I Qarabağ Müharibəsinin iştirakçısıdır. Qardaşı Füzuli Əliyev isə həmin dövrdə Qarabağ döyüşlərində şəhid olub. Bir müddət əvvəl iş axtaran Müşfiq Əliyev həm özü, həm də həyat yoldaşı Amaliya Əliyevanı Mingəçevir Şəhər Xəstəxanasında işə düzəltmək istəyərkən dələduzluğa məruz qalıb.

Bizimyol.info xəbər verir ki, Qarabağ müharibəsi veteranı Müşfiq Əliyev özü və həyat yoldaşının xəstəxanada işə düzələ bilməsi üçün orada çalışan tanışları Gülnarəyə 3 dəfəyə ümumilikdə 9500 manat pul verib. Üstündən aylar keçsə də, nə iş düzəlib, nə də pullar geri qaytarılıb. Müşfiq Əliyev başa düşüb ki, aldadılıb, bundan sonra polisə şikayət edib.

Qeyd edək ki, xəstəxanada işə düzəlmək üçün Gülnarəyə verilmiş 9500 manat Müşfiq Əliyevin şəhid qardaşı Füzuli Əliyevə görə onun atasına ödənilmiş 11000 manatdan götürülmüş pul olub. O, atasından xahiş edib ki, işə düzəlmək üçün pul məsələsində köməklik eləsin. Atası da həmin puldan verib.

Dələduzluqda təqsirləndirilən şəxs ittihamı qəbul edib. O, bildirib ki, xəstəxanada həm Müşfiq Əliyev üçün sürücü, həm də həyat yoldaşı üçün iş məsələsi ilə maraqlanıb. Düşünüb ki, pulsuz işə düzəlmələri alınarsa, aldığı vəsait də özünə qalar. Çünki həmin dövrdə pula ehtiyacı vardı və aldıqlarını xərcləmişdi. Lakin onları işə düzəldə bilməyib və pulları qaytarmağa da imkanı çatmayıb. Nəticədə ondan hüquq-mühafizə orqanlarına şikayət olunub.

Gülnarə əlavə edib ki, artıq 9500 manatı zərərçəkmişə ödəyib. Əlavə olaraq, ziyanın 25 faizi qədər dövlət büdcəsinə də ödəniş edib. Bu səbəbdən barəsindəki cinayət işinə xitam verilməsini xahiş edib. Zərərçəkmiş tərəf də məhkəmədə ziyanın ödənildiyini və şikayətçi olmadığını bildirib.

Məhkəmə də bu əsaslarla onun haqqında cinayət təqibinə xitam verib.

Aytən, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
13
bizimyol.info

1Источники