RU

Bakı və Zaqatalada yaşıllıqlara 135 560 manat ziyan dəyib

Bakı. Trend:

Son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakışəhəri və Zaqatala rayonunun inzibati ərazilərində yaşıllıqlarınqanunsuz kəsilməsi halları aşkar olunub.

Bu barədə Trend-ə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindənməlumat verilib.

Bildirlib ki, araşdırma zamanı Bakı şəhəri Xətai rayonu XəqaniRüstəmov küçəsi və 8 Noyabr prospekti, Yasamal rayonu ŞəfaətMehdiyev küçəsi, Xəzər rayonu Qala-Pirallahı avtomobil yolununkənarında və Zaqatala rayonu Əliabad qəsəbəsi ərazisində ağaclarınqanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 135 560 manatməbləğində ziyan dəydiyi müəyyən edilib.

Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayəttərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçüntoplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilməsi üçünhazırlanır.

Избранный
12
16
az.trend.az

10Источники