Avropa İttifaqı oktyabrın 12-dən etibarən yeni rəqəmsal giriş-çıxış sərhədinin idarə edilməsi sistemini (EES) istifadəyə verəcək.
Publika.az xəbər verir ki, bu barədə “European Pravda” yazıb.
Bildirilir ki, EES-in məqsədi Aİ-nin xarici sərhədlərində nəzarətin səmərəliliyini və effektivliyini artırmaqdır. Yeni sistem Ukrayna vətəndaşlarına da şamil olunacaq.
Sistem Aİ üzv dövlətində qısa müddət qalmaq üçün səyahət edən Aİ üzvü olmayan vətəndaşların giriş-çıxışlarını, pasport məlumatlarını, barmaq izlərini və üz təsvirlərini rəqəmsal şəkildə qeyd edəcək.
"Biz kimin, nə vaxt və harada Aİ-yə daxil olacağını biləcəyik. Bu, sərhədlərin idarə edilməsinə yeni yanaşmamızın rəqəmsal əsasıdır", - deyə Avropa Komissiyasının daxili işlər üzrə komissarı Maqnus Brunner deyib.