RU

Taliban Pakistanı Əfqanıstanla sərhəd bölgəsində bazara hücumda ittiham etdi

Əfqanıstanın Talibanın rəhbərlik etdiyi hökumət Pakistanı hava məkanını pozmaqda ittiham edib.

HİT.az bu barədə "Reuters"ə istinadən xəbər verir. 

Kabil Pakistanın hərəkətlərini “görünməmiş, zorakı və təxribat xarakterli hərəkət” adlandırıb. Bu arada Pakistan ən azı 11 hərbçinin öldüyünü bildirib.

Talibanın bəyanatına görə, Pakistan qüvvələri Durand xətti yaxınlığında (Əfqanıstan və Pakistan arasında 2600 kilometrlik işarəsiz sərhəd) mülki bazara zərbələr endirib.

Əfqanıstan hökuməti “Əfqan hava məkanının bu pozulmasını qətiyyətlə pisləyib” və “öz ərazisini müdafiə edəcəyini” bəyan edib.

Bu arada Pakistan təhlükəsizlik rəsmiləri ən azı 11 pakistanlı əsgərin öldüyünü bildiriblər, Reuters xəbər verir.

Samir

Избранный
63
25
hit.az

10Источники