RU

“Nobel Komitəsi sülhdən daha çox siyasətə üstünlük verdiyini sübut edir” – Ağ Ev

Nobel Komitəsi açıq şəkildə nümayiş etdirdi ki, onun üçün siyasət sülhdən daha vacibdir.

Busaat.az xəbər verir ki, bu barədə Ağ Evin kommunikasiyalar üzrə direktoru, mətbuat katibi və ABŞ prezidentinin köməkçisi Stiven Çun Venesuelanın müxalifətçi keçmiş parlament üzvü Mariya Korina Maçadoya mükafat təqdim edildikdən sonra dərc olunmuş bəyanatında deyilir.

“ABŞ prezidenti Donald Tramp bütün dünyada sülh sazişləri bağlamağa, müharibələrə son qoymağa və insanların həyatını xilas etməyə davam edəcək. Nobel Komitəsi sübut etdi ki, siyasət onlar üçün sülhdən daha vacibdir”, – deyə Çun yazıb.

Yeganə

 

Избранный
1
1
busaat.az

2Источники