RU

Yığmamızı Fransada nə xilas edə bilər? - İki VACİB NÜANS

Azərbaycan millisi Dünya Çempionatının seçmə mərhələsində növbəti görüşünə hazırlaşır.

Rəqib dünya nəhəngi Fransa yığmasıdır.

Təbii ki, bu rəqibin adını eşidən futbol azarkeşlərinin ilk ağlına gələn "Oser faciəsi"dir.

Yığmamız tarixinin ən ağır məğlubiyyətini (0:10) 1995-ci ildə Oser şəhərində Fransadan alıb.

Narahatlıq ondan ibarətdir ki, 2018-ci ilin Dünya Çempionatının qalibi növbəti dəfə eyni aqibəti bizə yaşada bilər.

Gücləri müqayisə edəsi olsaq, arada kəskin fərq var.

Üstün olduğumuz nəsə yoxdur.

Belədə müsbət nəticədən danışmaq avantüradan başqa bir şey deyil.

Real danışası olsaq, əsas istəyimiz irhesablı məğlubiyyətin yaşanmamasıdır.

Bizi arzuolunmaz durumdan nə xilas edə bilər? Təbii ki, yalnız amansız mübarizə, güclü müqavimət hissi xilas edə bilər.

Sevindirici məqam - hər iki özəllik də yeni baş məşqçi Ayxan Abbasovun əsas silahıdır.

Təcrübəli mütəxəssis güclü motivator kimi tanınır.

Ümid edək ki, Parisdə onun təslim olmamaq ruhu yetirmələrinə də hopacaq. Belədə ağır səfərdə nəyəsə ümid edə bilərik.

XANOĞLAN / SPORTİNFO.AZ

Избранный
22
sportinfo.az

1Источники