Bakı. Trend:
Biometrik nəzarət sistemləri bu gün nəqliyyatda, obyektlərəgiriş-çıxışda və bir sıra digər sahələrdə geniş tətbiq olunur.Lakin digər nəzarət sistemlərində olduğu kimi, biometrik nəzarətsistemlərində də müəyyən boşluqlar və zəifliklər mövcuddur.
Trend xəbərverir ki, bunu Baş Prokurorluğun Kriminalistika və informasiyatexnologiyaları idarəsinin Kibertəhlükəsizlik şöbəsinin rəisi AydınVerdiyev “CIDC 2025 – Critical Infrastructure Defence Challenge”kibertəhlükəsizlik festivalı çərçivəsində baş tutan “Səni tanıyanşəhər: Biometrik nəzarət, toplanan data, insan hüquqları, mühafizəyolları - hansı daha vacibdir?” adlı panel sessiyada çıxışı zamanıdeyib.
Şöbə rəisi bildirib ki, kibercinayətkarlar bu zəifliklərdənistifadə edərək istifadəçilərin məlumatlarını ələ keçirə,səlahiyyətlərini mənimsəyə və ya şəxsi təqlid edə bilərlər:
“Bu səbəbdən biometrik nəzarət sistemlərinin təhlükəsizliyinintəmin olunması məqsədilə bir sıra müdafiə mexanizmləri vətədbirləri həyata keçirilməlidir:
1. Əlavə təsdiqləmə mərhələləri – İstifadəçi qeydiyyatı zamanıyalnız bir biometrik göstərici ilə kifayətlənmək olmaz. Əlavətəsdiqləmə (məsələn, PIN kod, davranış əsaslı təsdiq və s.) dahatəhlükəsiz mühit yarada bilər.
2. Çoxmodullu biometrik nəzarət sistemləri – Tək bir biometrikgöstəriciyə əsaslanmaq risklidir. Barmaq izi, üz tanıma ilə yanaşı,səs tanıma, göz bəbəyi skaneri və digər üsullarla birgə istifadəsistemin təhlükəsizliyini artırır”.