RU

Tanınmış xanımların üzlərinə etdirdiyi prosedurlar Video

ain.az, Axsham.az portalına istinadən məlumat yayır.

Tanınmış simalar üz baxımlarına daha çox diqqət edirlər. 

Axşam.az xəbər verir ki, hazırda bir çox məşhur üz dərilərinə qulluq üçün həkim-kosmetoloq Nigar Sultanovaya üz tuturlar. Məşhurlar üzlərinə etdirdikləri prosedurları etiraf ediblər. 

Əməkdar artist Lalə Məmmədova bildirib ki, əllərinə qulluq prosedurlarından istifadə edir:

"İdmanla məşğul oluram. Bilirsiniz ki, idman edənlərin əllərinə güc düşür. Ona görə də Nigar Sultanova əllərimə qulluq edir". 

Əməkdar artist Nigar Şabanova isə "Venera halqalarımı yox etdirmişəm. Tamaşaçılar əvvəlki görüntümə baxsınlar. Dodaqlarımı doldurdum. Bir də yanaqlarım bir az qalxmalıdır. Bir də botoks etdirərkən çox təbii görünürəm. Adamı buz kimi dondurmur. Mimika böyük rol oynayır".

Aparıcı Aytəkin Mərdanova isə "İstirahətdən qayıdan kimi üzümə baxım etdirdim. Dodağıma isə dolğu etdirirəm və çox bəyənirəm. Dodağım çox nazik idi və əziyyət çəkirdim. İki ildir mənə gözəl dodaq edib. Bir də baxım prosedurları etdirib, vitaminlər vurdururam" deyə, söyləyib. 

Müğənni Gülay Zeynallı botoksla yanaşı, nefertiti botoksu, venera halqalarının yox edilməsi və 5 nöqtə prosedurları etdirib

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
3
axsam.az

1Источники