RU

Xalq artisti Əminə Yusifqızı dəfn olunub

16:52 10.10.2025
16:52 10.10.2025

Xalq artisti Əminə Yusifqızı "Qurd qapısı" qəbiristanlığında dəfn olunub.

Mynews.az report-a istinadən xəbər verir ki, xəbər verir ki, mərhumla əvvəlcə Təzə Pir məscidində vida mərasimi keçirilib.

Mərasimin ardınca cənazə "Qud qapısı" qəbiristanlığına aparılaraq dəfn olunub.

*** 13:50

Təzə Pir məscidində Xalq artisti Əminə Yusifqızı ilə vida mərasimi başa çatıb.

Mynews.az report-a istinadən xəbər verir ki, mərasimdə mərhumun ailəsi, qohumları və sənət dostları, eləcə də Mədəniyyət Nazirliyinin əməkdaşları iştirak ediblər.

Vida mərasimində Xalq artistinin Azərbaycan mədəniyyətinə töhfəsindən bəhs olunub.

Onun yaradıcılığının daim yaşayacağı ifadə olunub.

Mərasimin ardınca cənazə dəfn olunmaq üçün "Qurd qapısı" qəbiristanlığına aparılıb.

*** 11:50

Təzə Pir məscidində Xalq artisti Əminə Yusifqızı ilə vida mərasimi keçirilir.

Mynews.az report-a istinadən xəbər verir ki, mərasimdə mərhumun ailəsi, qohumları və sənət dostları, eləcə də Mədəniyyət Nazirliyinin əməkdaşları iştirak edir.

*** 10:48

Xalq artisti Əminə Yusifqızı "Qurd qapısı" qəbiristanlığında dəfn olunacaq.

Mynews.az xəbər verir ki, mərhumla əvvəlcə Təzə Pir məscidində vida mərasimi keçiriləcək. Daha sonra o "Qurd qapısı" qəbiristanlığında dəfn olunacaq.

 


Избранный
18
6
mynews.az

10Источники