Rusiyanın ən böyük vaqon istehsalçısı və orduya tankların əsas tədarükçüsü olan "Uralvaqonzavod" (UVZ) mülki əməliyyatlarının bir hissəsini dörd günlük iş həftəsinə keçirib.
Bakıvaxtı.az "Gazeta.ru"ya istinadən xəbər verir ki, bu barədə “Kommersant -Ural” zavodunun mətbuat xidməti məlumat yayıb.
Mətbuat xidmətindən bildirilib ki, keçid mülki sektora cəlb edilən məhdud sayda mütəxəssislərə şamil edilir.
Zavodun yeni reqlamentdən təsirlənən işçiləri müdafiə sektoru da daxil olmaqla, sifarişlərin təmin olunduğu digər sahələrə keçə biləcəklər.
Artıq işçilər üçün yenidən hazırlıq təşkil olunub.
Gülşən Şərif