RU

Putin: “Azərbaycanla Rusiya arasındakı münasibətlərdə böhran olmayıb” – VİDEO

"Mən deməzdim ki, bizim (Azərbaycan və Rusiya – red.) dövlətlərarası münasibətlərimizdə böhran var idi. Bu, emosiyaların böhranı idi və bunun səbəbini başa düşmək olar. Təyyarə qəzası ilə üzləşmişdik və bunu həll etmək üçün vaxt lazım idi".

Bizim.Media xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Düşənbədə mətbuat konfransında Azərbaycan və Rusiya arasındakı münasibətlərdən danışarkən deyib.

“Ümid edirəm ki, biz bu səhifəni çevirmişik və heç bir çətinlik çəkmədən əlaqələrimizi, böyük planlarımızı inkişaf etdirə biləcəyik”.

“Azərbaycan rusdilli ölkədir və orada rus dili demək olar ki, hər yerdə öyrənilir” – deyə Putin əlavə edib.


Bizim.Media

Избранный
12
3
bizim.media

4Источники