Bakıda yol-nəqliyyat hadisəsi nəticəsində ağır xəsarət alan kişi xəstəxanada vəfat edib.
Avtosfer.az xəbər verir ki, hadisə sentyabrın 21-də Nizami rayonu Bəhruz Nuriyev küçəsində qeydə alınıb.
Belə ki, 1994-cü il təvəllüdlü Ordubad rayon sakini Sadiq Şükür oğlu Əsgərov idarə etdiyi “Hyundai” markalı 77 MG 064 qeydiyyat nişanlı avtomobillə yolu keçən 1958-ci il təvəllüdlü Bakı şəhər sakini Füzuli Həsən oğlu Məmmədovu vurub.
Xəstəxanaya yerləşdirilən F.Məmmədov oktyabrın 9-da orada ölüb.
Faktla bağlı araşdırma aparılır.