RU

İran: Avropa ilə nüvə danışıqları yoxdur, ABŞ-a qapı açıqdır

BMT-nin sanksiyalarından sonra Avropa ilə nüvə danışıqları planının olmadığını açıqlayan İran ölkədə NPT-dən çıxmaq və İsrail-ABŞ təhdidlərinə qarşı hərbi hazırlıq müzakirələri intensivləşərkən, ABŞ-ın üzünə qapını açıq qoyub.

Turkustan.az xəbər verir ki, BMT Təhlükəsizlik Şurasının (BMT TŞ) 2231 saylı qətnaməsinin bir hissəsi olan “snapback” mexanizmi 2015-ci il nüvə sazişinin Avropa tərəfləri olan Böyük Britaniya, Fransa və Almaniyanın razılığa gələ bilməməsindən sonra sentyabrın 28-də işə salınıb.

Bu inkişaflarla birlikdə 2015-ci ildə nüvə sazişi olaraq da bilinən Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) çərçivəsində İrana qarşı qaldırılan BMT sanksiyalarının avtomatik bərpası ABŞ və Avropanın birtərəfli sanksiyalarını BMT-nin bütün üzv dövlətlərini təsir edən beynəlxalq sanksiyalara çevirdi.

Bununla belə, BMT Təhlükəsizlik Şurasının daimi üzvləri Rusiya və Çin İrana qarşı tətbiq edilən sanksiyaların “qanunsuz” olduğunu bəyan ediblər.

Avropa ölkələrinin diplomatik həll prosesinə mane olduğunu iddia edən İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bekayi oktyabrın 6-da keçirdiyi mətbuat konfransında Avropa ilə nüvə müzakirələri planının olmadığını və ABŞ ilə danışıqlara açıq olduqlarını bildirib.

Aytən Yaşar/ Turkustan.az

Избранный
6
1
turkustan.az

2Источники