RU

Traktor un oyunu təxirə salındı

ain.az, Axar.az saytına istinadən bildirir.

Təbrizin "Traktor" komandası ilə Ənzəlinin "Mələvan" komandalarının görüşü təxirə salınıb.

Axar.az xəbər verir ki, bu haqda İran Liqa Təşkilatı məlumat yayıb.

Bildirilib ki, bu, "Traktor" futbol komandasının tələbi əsasında baş verib:

"Traktor"un 5 üzvü İran milli yığmasına cəlb olunduğuna görə qarşılaşma vaxtının dəyişdirilməsi istənilib".

Qeyd edək ki, İran Premyer Liqasının oyunları çərçivəsində Təbriz və Ənzəli təmsilçiləri oktyabrın 16-da qarşılaşmalı idilər. Oyunun hansı tarixdə keçiriləcəyi barədə açıqlama verilməyib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
13
1
axar.az

3Источники