Türkiyə Qəzza zolağında atəşkəs razılaşmasına ciddi nəzarət edəcək və bölgənin bərpası üçün əlindən gələni edəcək.
Operativ Media “TRT Haber” telekanalına istinadən xəbər verir ki, bunu prezident Rəcəb Tayyib Ərdoğan deyib.
"Bütün çətinliklərə baxmayaraq, Qəzza razılaşmasını son dərəcə vacib hesab edirik. Biz artıq bölgədə qan tökülməsini və uşaqların aclıqdan ölməsini istəmirik. İndi razılaşmanın ciddi şəkildə yerinə yetirilməsi vacibdir. Razılaşmanın həyata keçirilməsi və Qəzzanın bərpası üçün bütün səylərimizi göstərəcəyik", - Türkiyə prezidenti bildirib.