RU

Filippin sahillərində növbəti güclü zəlzələ: Ölənlər var

Filippin sahillərində 6.9 bal maqnitudalı yeni zəlzələ qeydə alınıb.

Moderator.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat verib

Qeyd olunur ki, təbii fəlakətin episentri Mati şəhərindən 71 km şimal-şərqdə yerləşib. Zəlzələnin ocağı 10 km dərinlikdə olub.

Yerli hakimiyyət orqanlarının məlumatına görə, altı nəfər həlak olub. Sunami təhlükəsi elan edilib.

Qeyd edək ki, bu gün Filippində 7.4 bal gücündə daha bir zəlzələ baş verib. İki nəfərin öldüyü bildirilib.

Избранный
25
1
moderator.az

2Источники