RU

Filippinlərdə 7,4 bal gücündə zəlzələdən sonra 6,9 bal gücündə ikinci zəlzələ baş verib

BAKI, TurkicWorld, Nailə Babazadə

Bu səhər Filippinlərin cənubunda baş vermiş 7,4 bal gücündə zəlzələdən bir neçə saat sonra bölgədə 6,9 bal gücündə ikinci bir zəlzələ qeydə alınıb.

TurkicWorld xəbər verir ki, AFP xəbər agentliyinin yaydığı məlumata görə, bu gün səhər saatlarında baş verən güclü zəlzələnin ardından Mindanao adasında ikinci bir zəlzələ baş verib. Mütəxəssislər ikinci zəlzələnin ilk zəlzələnin artçı sarsıntısı ola biləcəyini bildiriblər.

Filippinlər Seysmoloji Xidməti (Phivolcs) yeni tsunami xəbərdarlığı verib. Vətəndaşlara təcili olaraq yüksək ərazilərə çəkilmək, özlərini təhlükəsizliyə almaq, uçuq binalardan və dağıntı bölgələrindən uzaq durmaq çağırışı edilib.

Hazırda bölgədə ən azı 300 artçı sarsıntı qeydə alınıb. 6,9 bal gücündə olan sonuncu sarsıntı bu artçılar arasında ən güclüsü olub. Hər iki zəlzələnin episentrinə yaxın olan Mati şəhərində elektrik enerjisinin kəsildiyi bildirilib.

Filippinlərin Mindanao adası sahillərində baş verən 7,4 bal gücündə zəlzələ təxminən 60 kilometr dərinlikdə qeydə alınıb. Hadisə nəticəsində ən azı 6 nəfər həlak olub, yaralıların sayı ilə bağlı isə axtarış və qiymətləndirmə işləri davam etdirilir.

Избранный
23
turkic.world

1Источники