RU

Şirvanda iki “Mercedes” toqquşdu, sürücülərdən biri yaralandı RƏSMİ VİDEO

ain.az bildirir, Avtosfer saytına əsaslanaraq.

Şirvan rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Baş Dövlət Yol Polisi İdarəsindən Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirilib ki, qəza oktyabrın 10-da saat 11:00 radələrində Hacıqabul-Horadiz yolunun Şirvan rayonu ərazisindən keçən hissəsində qeydə alınıb: “Belə ki, Laçın rayon sakini 1996-cı il təvəllüdlü Hümbətov Nəcməddin Mərdan oğlunun idarə etdiyi 10-OH-230 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobil, Kürdəmir rayon sakini 1972-ci il təvəllüdlü Mustafayev Əziz Tacəddin oğlunun idarə etdiyi 90-FA-646 dövlət nömrə nişanlı “Mercedes Sprinter” markalı yül maşınıyla toqquşub. Hadisə nəticəsində hər iki nəqliyyat vasitəsinə maddi ziyan dəyib, yük maşınının sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Nərmin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
3
avtosfer.az

1Источники