RU

Kouel Palmer “Qarabağ”la matça çıxmaya bilər

Futbolçu Kouel Palmer noyabra qədər “Çelsi”də oynamayacaq.

İdman.Biz “Sky Sport”a istinadən xəbər verir ki, ingilis hücumameyilli yarımmüdafiəçi qasıq nahiyəsindəki davam edən problemlər səbəbindən komandasının oyunlarında iştirak edə bilməyəcək.

O, “Nottingem Forest”, “Ayaks”, “Sanderlend” və “Vulverhempton”la oyunları buraxmaq riski ilə üz-üzədir.

Qeyd edək ki, noyabrın 5-də Bakıda baş tutacaq Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ” - “Çelsi” matçında Kouel Palmerin iştirak edib-etməyəcəyi məlum deyil.

İdman.Biz

Избранный
6
idman.biz

1Источники