RU

Sidik qaçırma nədən olur və necə müalicə olunur?

Sidik qaçırma (tibbi adıyla inkontinans) — insanın sidiyini istəmədən saxlayıb tuta bilməməsidir. Bu, ya gülərkən, öskürərkən, qaçarkən sızıntı şəklində, ya da qəfil sidik hissi ilə tualetə çatmadan baş verə bilər.

E-saglam.az xəbər verir ki, əsas səbəblər aşağıdakılardır:

Zəifləmiş pelvik (çanaq dibi) əzələləri

Xüsusilə doğuşdan sonra qadınlarda bu əzələlər boşalır.

Kişilərdə isə prostat əməliyyatlarından sonra bu problem yarana bilər.

Hormonal dəyişikliklər

Menopoz dövründə estrogen hormonunun azalması sidik kisəsinin nəzarətini zəiflədə bilər.

Sidik yolları infeksiyaları

Keçici sidik qaçırma hallarına səbəb ola bilər.

Sinir sistemi pozğunluqları

Diabet, insult, Parkinson və onurğa beyni zədələri bu əzələlərin idarəsini poza bilər.

Piylənmə və xroniki öskürək

Qarın daxili təzyiqi artıraraq sidik qaçırmanı gücləndirir.

Sidik qaçırmanın növləri:

Stress tipi: güləndə, öskürəndə, idman edəndə sidik sızması.

Təcili (urge) tipi: qəfil sidik hissi gəlir və tualetə çatmadan qaçır.

Qarışıq tip: hər iki hal bir yerdə müşahidə olunur.

Axıntı tipi: sidik kisəsi tam boşalmadığı üçün davamlı damcı şəklində sızma olur.

Həlli yolları və müalicə:

Pelvik döşəmə (Kegel) məşqləri:

Sidiyi saxlayarkən işləyən əzələləri gücləndirir.

Gündə 10-15 dəfə, 3 set şəklində edilməlidir.

Qadınlar və kişilər üçün eyni dərəcədə faydalıdır.

Sidik kisəsi məşqləri:

Sidik hissi gələndə dərhal getmək yerinə, bir neçə dəqiqə gözləyərək kisəni tərbiyələndirmək.

Ağırlıq nəzarəti və qidalanma:

Artıq çəki və qəbizlik sidik qaçırmanı artırır.

Qəhvə, spirt və qazlı içkilərdən uzaq durmaq lazımdır.

Fizioterapiya və biofeedback üsulları:

Əzələləri doğru şəkildə işlətməyi öyrədir.

Dərman müalicəsi:

Təcili tip inkontinansda həkim tərəfindən təyin olunur.

Cərrahi müalicə:

Qadınlarda “sling” əməliyyatı (sidik kanalını dəstəkləyən lent yerləşdirilməsi).

Kişilərdə süni sidik sfinkteri və ya uretro lift üsulları istifadə olunur.

Nə vaxt həkimə müraciət etməli:

Sidik qaçırma gündəlik həyatınıza mane olursa,

Qoxu, infeksiya, ağrı və ya sidikdə qan müşahidə olunursa,

Sidik qaçırma doğuşdan və ya əməliyyatdan sonra uzun müddət davam edirsə.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az

Избранный
9
e-saglam.az

1Источники