RU

Əlisəmid Kürün son vəziyyəti: Həyat yoldaşından açıqlama

Xəbər verdiyimiz kimi, sentyabrın 15-də şair Əlisəmid Kürün (Cəfərli) səhhəti pisləşib.

Onun vəziyyəti ağır, lakin stabil olaraq qiymətləndirilir.

Məsələ ilə bağlı Azərbaycanın bir qrup ictimai və ədəbiyyat xadimi şairin müalicəsinə diqqət çəkərək Birinci vitse-prezident Mehriban Əliyevaya açıq məktub ünvanlayıb.

Müraciətdə şairin müalicəsinin Heydər Əliyev Fondu tərəfindən nəzarətə götürülməsi xahiş olunur.

“Cebheinfo.az”-a açıqlamasında şair Əlisəmid Kürün həyat yoldaşı Mətanət xanım bildirib ki, hazırda Əlisəmid Kürün vəziyyəti ağır olaraq qalır:

“Qan analizi götürülüb, nəticələrdə onkoloji xəstəlik aşkarlanmayıb. Yəni qanda yoxdur. Ümumi cərraha da müraciət etdik, bütün sənədləri təqdim etdik. Həkim dedi ki, siz KT müayinəsi (kompüter tomoqrafiyası) etdirmisiniz və əgər KT-də xəstəlik aşkarlanmayıbsa, MRT-də (Maqnit-Rezonans Tomoqrafiyası) də bu diaqnozun çıxması mümkün deyil.

İndi bizi yönləndiriblər ki, Yeni Klinikada bir həkim var, KT disklərini ona göstərək. Bundan sonra bağırsaq keçməzliyi ilə bağlı əməliyyat edək ki, vəziyyəti düzəlsin”.

Onun sözlərinə görə, şair hazırda çox halsızdır, yemək yemir:

“Bir neçə gün idi ki, qaytarırdı. İndi qusma dayanıb, amma halsızlıq qalıb. Həkim məsləhət görüb ki, Sabunçu xəstəxanasına aparaq. Orada sistem qoşsunlar, qidalandırıcı müalicə aparılsın, çünki artıq bədən gücdən düşüb.

Artıq yeddi gündür xəstəxanadan evə buraxılıb. Həkimlərdən bəziləri deyirlər ki, o, onkoloji xəstəliyə yoluxub. Əgər belədirsə, onda ona ən azı qidalandırıcı sistem vurulmalı idi. Biz də məcbur qalıb təcili yardıma çağırırıq. Evə gəldiyimiz gündən neçə dəfə çağırmışıq. Təcili yardım gəlir, sadəcə ağrıkəsici vurub gedir. Halbuki özü də deyir ki, ağrısı yoxdur, sadəcə yemədiyinə görə çox halsızdır”.

Избранный
20
cebheinfo.az

1Источники