RU

Türkiyə universitetlərində təhsil üç ilə endirilə bilər

Türkiyə ali təhsildə islahat elan edib.

Operativ Media xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin ali təhsil sistemində gözlənilən dəyişiklikləri açıqlayıb.

O, bu barədə 2025-2026-cı tədris ilinin açılış mərasimində bildirib.

Bildirilib ki, bundan sonra kurikulumlar Avropa standartlarına uyğunlaşdırılacaq. 

Türkiyə ali təhsil müddətini 4 ildən 3 ilə endirəcək yeni təhsil modelini tətbiq etməyə hazırlaşır. Ərdoğan qeyd edib ki, bu sistem artıq bir çox Avropa ölkələrində uğurla tətbiq olunur və Türkiyə universitetlərinin beynəlxalq səviyyələrə çıxmasına imkan verəcək.


Şəfa Hüseynli

Избранный
8
operativmedia.az

1Источники