RU

Kannavaro qələbə ilə başladı – Özbəkistan Küveyti məğlub edib

Özbəkistan millisinin baş məşqçisi Fabio Kannavaro mətbuat konfransında komandasının oktyabrın 9-da Daşkənddəki olimpiya stadionunda Küveytlə yoldaşlıq görüşündə 2:0 hesablı qələbəsini şərh edib.

"Dünən dediyim kimi, asan oyun yoxdur. Hər bir rəqibə ciddi yanaşmaq lazımdır. Qarşılaşmaya yaxşı başladıq. Məşqdə üzərində işlədiyimiz ideyalar işə yaradı. Şadam ki, futbolçular məni dinləyirlər. Amma hələ də həll edilməli olan çoxlu sahələr var. Qələbə ilə başlamaq vacib idi. İndi futbolçular haqqında daha çox məlumatım var”, - Kannavaro mətbuat konfransında deyib.

Məşqçi tənqidlərə əhəmiyyət vermədiyini, komandadan daha aqressivlik və nizam-intizam tələb etdiyini qeyd edib: "Futbolçulara dedim ki, bir az aqressiv olmalıdırlar. Topsuz oyunumuz üzərində işləmək lazımdır".

Kannavaronun fikrincə, komanda oyuna daha yaxşı nəzarət etməyi öyrənməli və hesab rahat olanda səhvlərə yol verməməlidir.

"Topa nəzarət üzərində işləməliyik. 90 dəqiqə meydanda at kimi qaçmaq mümkün deyil. Ona görə də oyunçular bir-birini daha yaxşı başa düşməlidirlər. Oyunumuz bir çox aspektləri əhatə edir. Ümid edirəm ki, oyunçularla daha çox ünsiyyət quracağıq. Həmişə bir yerdə ola bilməsək də, inam yaratmağa və video vasitəsilə onlarla işləməyə çalışacağıq", - deyə Fabio Kannavaro yekunlaşdırıb.

Fabio Kannavaro oktyabrın 6-da Özbəkistan millisinin baş məşqçisi təyin edilib. O, daha üç il opsiya ilə iki illik müqavilə imzalayıb.

Musavat.com

 

Избранный
18
musavat.com

1Источники