RU

ÇL-in taleyinə aydınlıq gəldi: UEFA Avropa Superliqasının rəhbərliyi ilə görüşdü

UEFA nümayəndələri Avropa Superliqası layihəsinin inkişafı ilə məşğul olan "A22 Sports" şirkətinin menecerləri ilə görüş keçirib.

Publika.az xəbər verir ki, görüşdən sonra UEFA Çempionlar Liqasının formatında dəyişiklik olmayacağı açıqlanıb.

"A22" şirkəti 96 klubdan ibarət böyük bir liqa ideyasını irəli sürür. Bu liqada komandalar divizionlara bölünəcək və nəticələrə görə yüksəlmə və enmə sistemi tətbiq ediləcək.

Superliqanın ilkin layihəsi 2021-ci ildə təqdim edilib, lakin futbol ictimaiyyətinin mənfi reaksiyasından sonra dayandırılıb. Layihəyə ilkin mərhələdə 12 klub qoşulmağa hazır olduğunu bildirib, lakin az sonra onlardan doqquzu müraciətlərini geri çəkib.

Избранный
26
publika.az

1Источники