RU

İdxal olunan bəzi qida məhsullarında uyğunsuzluq aşkarlanıb - AQTA

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən nəzarət tədbirləri çərçivəsində Türkiyədən "Ersağ Azərbaycan" MMC -nin idxal etdiyi, “Ersağ Bitkisel Sağlık Gıda LTD.ŞTI TÜRKİYƏ” müəssisəsinin istehsalı olan ümumi sayı 90 ədəd olmaqla, “Ersağ Multivitamin, Kapsul №60” əmtəə nişanlı bioloji aktiv qida məhsulu və “Alfa Nuts” MMC-nin idxal etdiyi, “Sns Gıda Kozmetik Ticaret ve Sanayi LTD ŞTİ” müəssisəsinin istehsalı olan ümumi çəkisi 100 kiloqram olmaqla, “Çikolatalı fındık bitter ezmeli Hindistan cevizli” əmtəə nişanlı lokum məhsulu partiyalarından nümunələr götürülüb. Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən SİA-ya verilən məlumata görə, müayinələr nəticəsində məhsul partiyalarının normativ sənədlərin tələblərinə cavab vermədiyi aşkarlanıb.

Faktla bağlı qəbul olunmuş müvafiq qərar əsasında məhsul partiyaları məhv edilib.

Избранный
7
11
sia.az

10Источники