RU

"Yuventus" pulsuz əldə etmək istəyir - "Milan"ın qapıçısını

 "Milan"ın qapıçısı Mayk Menyan gələn ilin yayında klub dəyişə bilər.

90deqiqe.Az "Gazzetta dello Sport"a istinadən xəbər verir ki, fransalı qapıçı mövcud müqaviləsinin bu mövsümün sonunda başa çatması səbəbindən azad agent statusunda komandasını dəyişə bilər.

30 yaşlı oyunçunun transferində digər Serie A təmsilçisi "Yuventus" maraqlıdır. Turin təmsilçisi artıq futbolçunun agenti ilə danışıqlara başlayıb və ilkin razılıq əldə edib.

Cari mövsümdə İtaliya çempionatında qapıçı beş qarşılaşmada iştirak edib. Menyan üç qol buraxıb, eyni zamanda üç oyunda öz qapısını toxunulmaz saxlayıb.

Избранный
37
90deqiqe.az

1Источники