RU

Kuryerlərin törətdiyi xəta və qəzaların sayı xeyli artıb Ekspert

525.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

“Bu gün kuryerlərin fəaliyyəti ilə bağlı qanunvericilikdə müəyyən yeniliklərin edilməsinə ehtiyac var. Qanunvericilik təkmilləşməli, qaydalar öyrədilməli, mopedlər qeydə alınmalı və nəzarət mexanizmi gücləndirilməlidir. Çünki son zamanlar kuryerlərin törətdiyi xəta və qəzaların sayı xeyli artıb”.

Bunu nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı 525.az-a deyib. O bildirib ki, kuriyerlərin çoxu yol hərəkəti qaydalarını pozur, popedləri səkidə sürür, yolun hərəkət hissəsinə də keçir, maşınların arası ilə gedirlər, qəflətən qarşı yola çıxırlar. Bununla da həm özlərinin həm də ərtafda olan insanların həyatlarını təhlükə qarşısında qoyurlar:

“Qanunvericilik təkmilləşdirilməli, konkret tələblər qoyulmalı və kuriyerlərə izah olunmalıdır ki, qaydaları pozsan, öləcəksən, ya da cərimə ödəyəcəksən. Bundan sonra xeyli dəyişiklik baş verə bilər. Kuriyerlər üçün müəyyən kateqoriyalı sürücülük vəsiqəsi tələb olunmalı, onları təlimə cəlb etmək, qaydaları öyrətmək lazımdır. Əks halda kuriyerlərin bu özbaşınalığı davam edəcək”.

Sevinc QARAYEVA

 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
28
525.az

1Источники