RU

Zaxarovadan Sputnik Azərbaycan ın əməkdaşı haqda açıqlama

GlobalInfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

“Rusiyanın Bakıdakı səfirliyinin nümayəndələri bir müddət əvvəl ev dustaqlığına buraxılmış “Sputnik Azərbaycan” informasiya agentliyinin rəhbəri İqor Kartavıxa baş çəkib”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

“Səfirlik nümayəndələri bu yaxınlarda ev dustaqlığına buraxılmış Kartavıxa baş çəkiblər. Rusiya diplomatları bütün bu müddət ərzində onunla əlaqə saxlayıb, səhhətini nəzərə alaraq, Azərbaycan tərəfinin köməyi ilə lazımi köməklik göstəriblər”, – diplomat qeyd edib.

Xatırladaq ki, “Rossiya Seqodnya” İnformasiya Agentliyinin Bakı filialının (“Sputnik Azərbaycan”) icraçı direktoru İqor Kartavıx və şef redaktor Yevgeniy Belousov Daxili İşlər Nazirliyinin (DİN) 30 iyun 2025-ci il tarixdə “Rossiya Seqodnya” İnformasiya Agentliyinin Bakı filialında keçirdiyi əməliyyat nəticəsində saxlanılıb və Xətai Rayon Məhkəməsinin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.

Əliyar Xəlil

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
29
4
globalinfo.az

10Источники