RU

İpotekaya yararlı evlərin qiymətində artım var Əmlak eksperti

ain.az xəbər verir, 525.az saytına əsaslanaraq.

“Artıq bir neçə ildir ki, ipotekaya yararlı evlərin qiymətində artım var. İpoteka kreditləri ilə satılan mənzillərə tələbat artğığı üçün qiymətlərdə də artım müşahidə olunur”.

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bunu 525.az-a söyləyib. O qeyd edib ki, son illərdə ölkədə mənzil satışlarının böyük bir hissəsi ipoteka kreditləşməsi ilə reallaşdırılır. Buna səbəb də mənzil bazarında olan qiymət artımıdır. Bahalaşma səbəbindən mənzil almaq istəyən əhali nağd şəkildə mənzil ala bilmədiyindən ipoteka krediti üçün müraciət edir. Gələcəkdə də belə mənzillərə tələbatın artacağı və bunun da satış qiymətinə təsir edəcəyi gözlənilir.

Sevinc QARAYEVA

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
31
525.az

1Источники