RU

Paşinyan Düşənbədə elan etdi: Bakı ilə İrəvan mütləq bunu etməlidir

Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, İrəvan və Bakı iqtisadi və siyasi əlaqələrlə yanaşı, qarşılıqlı ticarət qurmalıdır.

Publika.az xəbər verir ki, Paşinyan bunu Düşənbədə keçirilən MDB sammitində deyib.

Sülhün əldə edilməsi, Paşinyanın fikrincə, ölkələr arasında “gündəm məsələləri”nin tükəndiyi anlamına gəlmir. “Biz hələ də qarşılıqlı ticarət qurmalıyıq, iqtisadi, siyasi və mədəni əlaqələr yaratmalıyıq”, - Paçinyan deyib.

“Bundan əlavə, humanitar məsələlərin həllinə ehtiyac var, bu, "uzun müddətdir davam edən düşmənçilik" nəzərə alınmaqla, çətin bir vəzifədir”, - Paşinyan əlavə edib.

Избранный
27
1
publika.az

2Источники