RU

QHT-lərin psixi sağlamlıq sahəsində rolu: AÇIQLAMA

“Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım” İctimai Birliyinin psixoloqu Samirə İsmayılova QHT.az-a açıqlamasında psixi sağlamlığın yalnız xəstəliklərin olmaması ilə bağlı olmadığını vurğulayıb.

Psixoloq bildirib ki, psixi sağlamlıq həm də insanın emosional, sosial və düşüncə balansını qorumasıdır.

"QHT-lərin bu sahədə rolu xüsusilə önəmlidir, çünki bu qurumlar cəmiyyətə daha yaxın olurlar və insanların inandığı təşkilatlardır. Psixoloq bildirib ki, maarifləndirmə yalnız seminar və təlimlərlə deyil, gündəlik həyatda münasibətlər, empatiya və anlayış göstərməklə də mümkündür. O əgər biz hər bir insanı dinləməyi, hiss etməyi və yönləndirməyi bacarsaq, bu artıq psixi sağlamlığın qorunmasına atılmış ən güclü addımdır”.

 

Pərvanə Fərhadqızı

Избранный
21
qht.az

1Источники