RU

Putinlə Paşinyan arasında Düşənbədə fikir ayrılığı yaranıb

Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan arasında Düşənbədə keçirilən MDB sammiti zamanı fikir ayrılığı yaranıb.

APA-nın Moskva bürosu xəbər verir ki, buna iki ölkə arasında ticarət dövriyyəsinin həcmi səbəb olub.

Belə ki, MDB ölkələri ilə ticarət dövriyyəsinin həcminin artmasından danışan Putin Ermənistanla dövriyyəni misal göstərmək istəyib. O, Paşinyandan builki ticarət dövriyyəsinin həcmini soruşub.

Ermənistan Baş naziri “4 milyard” - deyə cavab verib.

Putin onun qiymətləndirməsi ilə razılaşmayaraq, ötən ilin ticarət dövriyyəsinin həcmini soruşub.

Paşinyan isə bu dəfə “9 milyard dollar” - deyə cavab verib.

Rusiya Prezidenti həm bu il, həm də keçən il iki ölkə arasında ticarət dövriyyəsinin həcminin daha çox olduğunu vurğulayıb.

Избранный
26
7
apa.az

8Источники