2025-ci il oktyabrın 1-də ABŞ federal hökuməti maliyyələşmə problemi səbəbindən bağlanıb. Partiyalar arasında büdcə layihəsi ilə bağlı razılıq əldə olunmadığı üçün bir çox federal xidmətlər fəaliyyətini dayandırıb.
Bakuinfo xəbər verir ki, hökumət bağlanması nəticəsində federal işçilərin böyük hissəsi məzuniyyətə göndərilib, sosial proqramlarda və dövlət xidmətlərində gecikmələr müşahidə olunur. Prezident və qanunverici orqan arasında davam edən qarşıdurma hökumətin fəaliyyətinə ciddi təsir göstərir.
Ekspertlər bildirirlər ki, siyasi gərginlik partiyalar kompromis tapana qədər davam edə bilər və bu, ölkədə həm iqtisadi, həm də ictimai vəziyyətə təsir göstərir. ABŞ vətəndaşları bir sıra federal xidmətlərin müvəqqəti dayandırılmasına uyğunlaşmalı olacaqlar.