RU

Lənkəranda avtomobildən 1000 ədəd narkotik tərkibli həb aşkarlandı

Bakı.Trend:

Lənkəranda avtomobildən 1000 ədəd narkotik tərkibli həbaşkarlanıb.

Trend xəbərverir ki, bu barədə DİN məlumat yayıb.

Bildirilib kli, Lənkəran şəhəri ərazisində hərəkətdə olan"Mercedes" markalı avtomobilin sürücüsü yol hərəkəti qaydasınıpozduğu üçün polis əməkdaşları tərəfindən saxlanılıb. Sürücüəvvəllər məhkum olunmuş 48 yaşlı Ceyhun Ağayevin narkotiklərintəsiri altında olmasına dair şübhələr yarandığından o, tibbimüayinədən keçirilib. Müayinə zamanı sürücünün narkotik vasitənintəsiri altında olduğu müəyyən edilib.

Nəqliyyat vasitəsinə baxış zamanı isə avtomobildən əlavə olaraq1000 ədəd psixotrop tərkibli metadon həbi, narkotik vasitə tiryəkvə marixuana aşkarlanıb. Araşdırma zamanı C.Ağayevin əldə etdiyinarkotiklərin satışını təşkil etmək üçün Lənkəran şəhərinəgətirdiyi müəyyən edilib.

Faktla bağlı Lənkəran ŞRPŞ-də cinayət işi başlanılıb, C.Ağayevbarəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Избранный
12
15
az.trend.az

10Источники