RU

Deputat: “Konstitusiyanın 30 illiyində yubiley medalının təsis edilməsi rəmzi və qürurverici hadisədir”

“İlk dəfədir ki, Konstitusiyanın 30 illiyində həm də yubiley medalı təsis olunur. Hesab edirəm ki, bu, həm də rəmzi məna daşıyır. Çünki Konstitusiyamızın preambulasında bəyan olunmuş xalqın ən vacib niyyəti – ərazi bütövlüyü və suverenliyi təmin etmək – məhz indi, 30 illik yubiley ərəfəsində reallaşıb. Bu, çox qürurverici bir hadisədir və yubiley medalının təsis olunması da təqdirəlayiq haldır”.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu deputat Əli Məsimli Milli Məclisin iclasında müzakirələr zamanı bildirib.

Əli Məsimli vurğulayıb ki, yubiley medalı mövcud orden və medallar sistemində formalaşmış ənənələrə tam uyğundur:

“Medalla təltif ediləcək şəxslərin dairəsi birinci maddədə göstərilib. Konstitusiyanın hazırlanmasında, təkmilləşdirilməsində və qəbul edilməsində iştirak etmiş şəxslər, eləcə də dövlət müstəqilliyinin möhkəmləndirilməsində və dövlət qarşısında xüsusi xidməti olan şəxslər nəzərdə tutulur. Medalın təsvirində Azərbaycan Dövlət Rəmzləri – həm gerb, həm də bayraq əks olunub. Bu baxımdan, hesab edirəm ki, Milli Məclis belə bir yubiley medalını təsis etməklə Konstitusiya və Suverenlik ilinə öz növbəti töhfəsini vermiş olacaq”.

Избранный
10
operativmm.az

1Источники