RU

Əlvida, Əminə xanım! Akif Əli xatirəsini BÖLÜŞDÜ

Modern.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

“Gözəl insan, gözəl aktrisa, istedadlı sənətçi Əminə xanım Yusifqızı dünyasını dəyişib.

Bu təkcə onun doğmaları üçün deyil, ümumən Azərbaycan mədəniyyəti üçün böyük itkidir. Çünki Azərbaycan mədəniyyətində Əminə Yusifqızının öz yeri, öz səsi, nəfəsi, öz izi olub... Və qalacaq”.Modern.az xəbər verir ki, bu fikirləri Əməkdar jurnalist, yazıçı-publisist Akif Əli 89 yaşında vəfat edən Xalq artisti ilə bağlı xatirələırini bölüşərkən bildirib“Əminə xanımla biz 1980-ci illərdən Kino, Radio, Televiziya sahələrində yaxından əməkdaşlıq etmişik. O, Azərbaycan Radiosunda gözəl jurnalist Mailə Muradxanlının ssenari müəllifi, mənim redaktoru olduğum çox populyar “Sabahınız xeyir” əyləncəli proqramının əvəzolunmaz aparıcısı idi. İllər uzunu hər şənbə səhər saat 10-da radio dinləyiciləri günə xoş əhval gətirən Əminə xanımın əsrarəngiz səsi ilə və virtuoz aparıcılığı ilə maraqlı verilişlərə qulaq asırdılar.

Mən AzTV-də Baş redaktor olanda da gözəl qiraət ustası kimi Əminə Yusifqızını daim verilişlərimizə dəvət edirdim. Onun ifası bənzərsiz idi, onun səsi, nəfəsi ovsunlayıcı təsirə malik idi. O çox istedadlı xanım idi! Çox ağıllı, idraklı, mehriban insan idi. Və çox da sədaqətli dost idi... Əlvida, Əminə xanım! Ruhun şad olsun!”, - Akif Əli qeyd edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
30
3
modern.az

10Источники