Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan MDB sammitində ikitərəfli ticarət dövriyyəsi ilə bağlı fikir ayrılığına düşüblər.
Publika.az Teleqraf-a istinadla xəbər verir ki, Rusiya lideri Ermənistanın qarşılıqlı ticarətin həcminə dair qiymətləndirməsini qeyri-ciddi hesab edib.
“Bizim Ermənistanla indi nə qədər ticarət dövriyyəmiz olub?”, - Putin Pasşinyana Avrasiya İqtisadi Birliyinin Ermənistan üçün üstünlüklərindən danışarkən soruşub.
“Bu il artıq 4 milyard dollar”, - Ermənistanın baş naziri cavab verib.
“Yox”, - Rusiya prezidenti razılaşmayıb: “Daha çox”.