RU

Deputat fəaliyyətini dayandıran Ramil Həsən KİMDİR?

Milli Məclis üzvü Ramil Həsən deputat fəaliyyətini dayandırır. O, Türk Dövlətləri Parlament Assambleyasının Baş katibi vəzifəsində çalışacaq.

Yenisabah.az Ramil Həsənlə bağlı əsas məqamları təqdim edir:

Ramil Həsən 23 sentyabr 1978-ci ildə Ermənistanın Qafan rayonunda anadan olub. O, Bakı Dövlət Universitetinin Tarix fakültəsinin bakalavr pilləsini və Beynəlxalq münasibətlərin tarixi ixtisası üzrə magistr pilləsini bitirib. Birinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsinə malikdir. Dominos pizza

Evlidir, 2 övladı var. İngilis və rus dillərini bilir.

Ramil Həsən 23 dekabr 1999-cu ildə keçirilmiş ilk bələdiyyə seçkilərində Müşfiqabad qəsəbə bələdiyyəsinin üzvü seçilib, 2001-ci ilədək bələdiyyənin sədr müavini olub.

2002–2009-cu illərdə Diasporla İş üzrə Dövlət Komitəsinin idarə rəisi olub. Ramil Həsən 2009-2013-cü illərdə Türkdilli Dövlətlərin Parlament Assambleyasının baş katibi, diplomatik missiya rəhbəri, 2014–2018-ci illərdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi, diplomatik missiya rəhbəri vəzifələrində çalışıb.

Ramil Həsən 9 fevral 2020-ci ildə keçirilmiş növbədənkənar seçkilərdə 91 saylı Ucar seçki dairəsindən Yeni Azərbaycan Partiyasının deputatlığa namizəd olub. Hazırda Milli Məclisin Gənclər və idman komitəsinin, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvüdür.

İspaniya, İtaliya, Qətər, Moldova, Özbəkistan, Rumıniya, Türkiyə, Yaponiya parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.

Ramil Həsən 2005-ci ildə Siyavuş Novruzovun ardınca Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin 2-ci sədri seçilib. O bu vəzifəni 2011-ci ilədək daşıyıb.

2024-cü il oktyabrın 8-də Azərbaycan-Nepal parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri seçilib.

Nazim Hacıyev


Telegram kanalımız
Избранный
43
1
yenisabah.az

2Источники