RU

Deputat: “Azərbaycan konstruktiv diplomatiya ilə problemlərin həllinə nail olan güclü ölkədir”

Operativ MM saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

“Azərbaycan hazırda həyata keçirdiyi siyasət və diplomatiya ilə – hətta dünən Düşənbədə bunun bir daha şahidi olduq – problemlərin, məsələlərin məhz konstruktiv diplomatiya yolu ilə həllinə nail ola bilən çox güclü bir ölkə və liderə malikdir.”

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Milli Məclisin iclasında deputat Tural Gəncəliyev bildirib.

“Azərbaycan TDT sədrliyini beynəlxalq geosiyasi vəziyyətin çox gərgin olduğu, tektonik dəyişmələrin baş verdiyi bir dövrdə öz üzərinə götürür. Təbii ki, bizim bu sahədə böyük təcrübəmiz var – böyük təşkilatlara və hərəkatlara sədrlik etmək baxımından. Məsələn, xatırlayaq, Qoşulmama Hərəkatı və COP sessiyasına çox müvəffəqiyyətlə sədrlik etməyimiz həmin təşkilatların imicinə mühüm müsbət töhfə verdi. Hazırda isə TDT ən böyük güc mərkəzlərindən birinə çevrilərək məhz Azərbaycanın sədrliyi dövründə yeni bir mərhələyə qədəm qoyur”.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
3
1
operativmm.az

2Источники