RU

Qanunvericiliyin tələbləri pozulmaqla fəaliyyətinə xitam verilən 56 nəfər işinə bərpa olunub

Oxu.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Dövlət Əmək Müfəttişliyi Xidməti bu ilin 9 ayında işəgötürənlər tərəfindən sosial xarakterli 380,8 min manat vəsaitin işçilərə ödənilməsinin gecikdirildiyini müəyyən edib.

Oxu.Az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Bildirilib ki, xidmət tərəfindən görülən tədbirlər nəticəsində həmin vəsait işçilərə ödənilib.

Həmçinin əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verildiyi müəyyən edilən 56 işçi isə əvvəlki işinə bərpa olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
20
oxu.az

1Источники