RU

Deputat “Sancaq media” şəbəkəsini QINADI

Yazını böyüt
Yazını kiçilt

“İndiki vəziyyətdə polisi, prokurorluğu və onların rəhbərliyini haqsız hücumlardan müdafiə etməyi ölkəmizdə sabitliyin və əmin-amanlığın qorunmasında vacib şərt hesab edirəm. “Sancaq media” adı altında fəaliyyət göstərən bu şəbəkəni və onun arxasında dayananları etdikləri təhqirlərə, kontekstsiz paylaşımlara görə şiddətlə qınayır və onları bu yoldan çəkinməyə çağırıram”.

Hafta.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Razi Nurullayev deyib.

Deputat qeyd edib ki, bir-iki nəfərə görə on minlərlə şəxsi heyəti hədəfə almaq qaranlıq məqsədlər güdüldüyünü göstərir:

“Məqsəd insanları emosional vəziyyətə gətirmək, hissləri ilə oynamaq, psixoloji təsir etmək və onları ayaqlanmağa dəvət etməkdir. Bu konstitusiya quruluşunu zorla dəyişməyə, qanlar tökməyə, dağıdıcılıq etməyə çağırışdır. Bu gün ölkə vətəndaşlarının təhlükəsizliyini polis qoruyur, onların sayəsində övladlarımız rahat şəkildə gəzə bilir”.

R.Nurullayevin fikrincə, hər sahədə çatışmazlıq var və olacaq:

"Amma kim qanunsuz hərəkət edirsə cəzalandırılır və cəzalandırılmalıdır".

Deputat bu kontekstdə ölkəmizdə sabitliyin, əmin-amanlığın, dövlətçiliyin qorunmasına verdiyi əvəzsiz töhvəyə görə Vilayət Eyvazova və onun rəhbərlik etdiyi bütün kollektivə, eyni zamanda, Baş Prokuror Kamran Əliyevə və bütün kollektivinə təşəkkürüni ifadə edib.

Избранный
25
hafta.az

1Источники