RU

Elə bil qəsdən gözləyib ayın 30-u hətta, 31-i cavab verirlər - Deputat gileyləndi

Deputat Səyyad Aran ərizə və şikayətlərə cavab verilmədiyini yenidən gündəmə gətirib.

Modern.az xəbər verir ki, bu barədə o, Milli Məclisin plenar iclasında danışıb.

“Əvvəllər SSRİ-nin müxtəlif yerlərində Leninə məktublar göndərildi, onlara 30 günə cavab gəlirdi. Bunun səbəbi diqqət çəkmək idi, amma indi biz qurumlara məktub göndərdikdə cavab 30 gün sonra gəlir. Ayın 1-i məktub göndərirsən, elə bil qəsdən gözləyib ayın 30-u hətta, 31-i bildirilər”.

Sahibə Qafarova isə məktublara 2 həftə ərzində cavab verilməli olduğunu, əlavə araşdırmalar zamanı 30 günün lazım olduğu bildirilirb.

Eyni zamanda Sahibə Qafarova Səyyad Aranda cavab ala bilmədiyi məktubların ona göndərilməsi tapşırığını verib. 

“Komitə iclasında da bu məsələni qaldırmışdınız. Mən maraqlananda cavab verildi ki, belə bir məktub olmayıb”.

Избранный
4
5
modern.az

6Источники